Ukraynada hər il 3 min insan hepatit C və B viruslarına yoluxur- Sensasion açıqlama
Azia.az təqdim edir. Ukraynada hər il 3 min insan hepatit C və B viruslarına yoluxur- Sensasion açıqlama
Ukraynada 2 milyondan çox insan hepatit C və B viruslarına yoluxub. BakuPost-un məlumatına görə, bu barədə ölkənin Səhiyyə nazirini əvəz edən Ulyana Suprun Hepatitə qarşı Beynəlxalq Mübarizə Günü ilə bağlı açıqlamasında bildirib. Onun sözlərinə görə, hər il təxminən 3 min insan hepatit C və B viruslarına yoluxur. Nazir əvəzi əhalini hepatit xəstəliyi ilə bağlı müayinə olunmağa çağırıb. Çünki insanlar bilmədən bu xəstəliyin daşıyıcıları ola bilərlər.