azia.az
azia.az

İlk dəfə insanda siçanlarda müşahidə edilən virus aşkarlandı

2-10-2018, 08:49


Hon Konqdan olan şəxs siçanda olan virusa yoluxmuş ilk insan olaraq tarixə keçib.

Azia.az Medical Xpress-ə istinadən xəbər verir ki, 56 yaşlı kişi siçanlarda müşahidə edilən Hepatit E virusuna yoluxub. Siçanlarda aşkar edilən Hepatit E virusu ilə insanlarda tapılan Hepatit E arasında ciddi fərqlər var. Lakin bildirilir ki, virus birbaşa siçandan keçməyib, siçanın toxunduğu qida vasitəsilə xəstəliyin keçdiyi təxmin edilir. Həmin xəstənin vəziyyətinin müalicədən sonra stabil olduğu bildirilir.

Qeyd edək ki, hər il 20 milyon insanda Hepatit E virusu aşkarlanır. Xəstəlik əsasən çirkli su vasitəsilə yayılır və nadir hallarda ölümlə nəticələnir.


OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR

MARAQLI
TƏQVİM
MƏZƏNNƏ
 Valyuta məzənnəsi