azia.az
azia.az

Son sutkada koronavirusa yoluxanların sayı açıqlandı

18-02-2022, 18:31

Son sutkada koronavirusa yoluxanların sayı açıqlandı
Azərbaycanda bu gün koronavirus infeksiyasına 3 817 yeni yoluxma faktı qeydə alınıb, 7 541 nəfər müalicə olunaraq sağalıb və evə buraxılıb.

Qaynarinfo xəbər verir ki, bu barədə Nazirlər Kabineti yanında Operativ Qərargah məlumat yayıb.

Son sutkada 25 nəfər COVID-19-dan dünyasını dəyişib.

İndiyədək ölkədə ümumilikdə 768 019 nəfərin koronavirus infeksiyasına yoluxması faktı müəyyən edilib, onlardan 720 865 müalicə olunaraq sağalıb, 9 182 nəfər vəfat edib. 37 972 nəfər aktiv xəstə sayını təşkil edib.

Son sutka ərzində yeni yoluxma hallarının müəyyənləşdirilməsi ilə əlaqədar 12 451, bu günə qədər isə ümumilikdə 6 459 513 test icra olunub.

Son bir gündə koronavirus (COVID-19) əleyhinə 41 214 vaksin vurulub.

Birinci mərhələ üzrə vaksinasiya olunanların sayı 3 178, ikinci mərhələ üzrə vaksinasiya olunanların sayı 1 530, üç və daha çox doza üzrə vaksinasiya olunanların sayı 34 088, pozitiv nəticədən sonra buster doza üzrə vaksinasiya olunanların sayı 2 418 nəfərdir.

Vurulan vaksinlərin ümumi sayı 12 720 225, birinci mərhələ üzrə vaksinasiya olunanların ümumi sayı 5 280 393, ikinci mərhələ üzrə vaksinasiya olunanların sayı 4 772 019, üç və daha çox doza üzrə vaksinasiya olunanların sayı 2 477 911, pozitiv nəticədən sonra buster doza üzrə vaksinasiya olunanların sayı isə 189 902 nəfər təşkil edir.


OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR

MARAQLI
TƏQVİM
MƏZƏNNƏ
 Valyuta məzənnəsi