azia.az
azia.az

Son sutkada Azərbaycanda koronavirusa yoluxanların sayı AÇIQLANDI

25-01-2022, 17:48

Son sutkada Azərbaycanda koronavirusa yoluxanların sayı AÇIQLANDI
Azərbaycanda koronavirus (COVID-19) infeksiyasına 2 468 yeni yoluxma faktı qeydə alınıb, 5 197 nəfər müalicə olunaraq sağalıb, bu barədə Nazirlər Kabineti yanında Operativ Qərargah məlumat yayıb.

Analiz nümunələri müsbət çıxan 13 nəfər vəfat edib.

İndiyədək ölkədə ümumilikdə 636 956 nəfərin koronavirus infeksiyasına yoluxması faktı müəyyən edilib, onlardan 617 791 nəfər müalicə olunaraq sağalıb, 8 632 nəfər vəfat edib. 10 533 nəfər aktiv xəstə sayını təşkil edib.

Son sutka ərzində yeni yoluxma hallarının müəyyənləşdirilməsi ilə əlaqədar 11 525, bu günə qədər isə ümumilikdə 6 081 949 test icra olunub, koronavirus (COVID-19) əleyhinə 31 667 vaksin vurulub.

Bir gündə birinci mərhələ üzrə vaksinasiya olunanların sayı 3 250, ikinci mərhələ üzrə vaksinasiya olunanların sayı 2 878, buster doza üzrə vaksinasiya olunanların sayı isə 25 539 nəfərdir.

Ölkədə vurulan vaksinlərin ümumi sayı 11 845 510, birinci mərhələ üzrə vaksinasiya olunanların ümumi sayı 5 217 380, ikinci mərhələ üzrə vaksinasiya olunanların sayı 4 432 155, buster doza üzrə vaksinasiya olunanların sayı isə 1 895 975 təşkil edir.


OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR

MARAQLI
TƏQVİM
MƏZƏNNƏ
 Valyuta məzənnəsi