azia.az
azia.az

Son sutkanın yoluxma statistikası açıqlandı

31-08-2021, 17:27

Son sutkanın yoluxma statistikası açıqlandı
Azərbaycanda koronavirus (COVID-19) infeksiyasına 3 788 yeni yoluxma faktı qeydə alınıb, 3 228 nəfər müalicə olunaraq sağalıb.

Nazirlər Kabineti yanında Operativ Qərargahdan Qaynarinfo-ya verilən məlumata görə, analiz nümunələri müsbət çıxan 44 nəfər vəfat edib.

İndiyədək ölkədə ümumilikdə 424 891 nəfərin koronavirus infeksiyasına yoluxması faktı müəyyən edilib, onlardan 366 126 nəfər müalicə olunaraq sağalıb, 5 636 nəfər vəfat edib. 53 129 nəfər aktiv xəstə sayını təşkil edib.

Son sutka ərzində yeni yoluxma hallarının müəyyənləşdirilməsi ilə əlaqədar 19 693, bu günə qədər isə ümumilikdə 4 461 937 test icra olunub.

Sn gündə koronavirus əleyhinə 116709 vaksin vurulub. Bir gündə birinci mərhələ üzrə vaksinasiya olunanların sayı 69972, ikinci mərhələ üzrə vaksinasiya olunanların sayı 46737 nəfərdir.

Ölkədə vurulan vaksinlərin ümumi sayı 6805740, birinci mərhələ üzrə vaksinasiya olunanların ümumi sayı 4113716, ikinci mərhələ üzrə vaksinasiya olunanların sayı isə 2692024 təşkil edir.


OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR

MARAQLI
TƏQVİM
MƏZƏNNƏ
 Valyuta məzənnəsi