Azərbaycanda koronavirusun bölgələr üzrə yayılma STATİSTİKASI
Azərbaycanda koronavirus (COVID-19) infeksiyasına yoluxanların 52,3 %-i Bakının payına düşür.
Paytaxt üzrə ən yüksək yoluxma Binəqədi rayonunda qeydə alınıb. Bakıda aşkarlanan yoluxma faktlarının 14,5 %-i bu rayonun payına düşür.
Sonrakı yerlərdə 13,5 %-lə Xətai, 11,8 % Yasamal, 11,6 %-lə Sabunçu, 8,4 %-lə Suraxanı, 7,9 %-lə Nərimanov, 7,7 %-lə Nəsimi və Xəzər, 7,1 %-lə Nizami, 5 %-lə Səbail, 4,4 %-lə Qaradağ, 0,5 %-lə isə Pirallahı qərarlaşıb.
Yoluxma göstəricisi Abşeronda 13,3 %, Aranda 12,9 %, Gəncə-Qazaxda 7,7 %, Quba-Xaçmazda 3,6 %, Şəki-Zaqatalada 3,5 %, Lənkəranda 2,5 %, Dağlıq Şirvanda 2,2 %, Yuxarı Qarabağda 1,6 %, Naxçıvan Muxtar Respublikasında 0,5 %-dir.
Ölkə xaricindən gələnlərdə yoluxma halı 0,5 % təşkil edir.
Azərbaycanda koronavirusa yoluxanların 51 faizi qadın, 49 faiz isə kişidir.