Bakı və rayonlar üzrə yoluxmanın son statistikası açıqlandı
Azərbaycanda “COVİD-19” infeksiyasına yoluxma hallarına görə, ən yüksək faiz Bakının payına düşür.
“Qafqazinfo”nun verdiyi xəbərə görə, bu barədə məlumatı İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyinin İdarə Heyətinin sədri Zaur Əliyev verib.
Bildirilib ki, virusa yoluxanların 45,3%-i Bakıda, 14,1%-i Gəncə-Qazaxda, 10%-i Lənkəranda, 9,5%-i Aranda, 5,6%-i Abşeronda, 2%-i Quba-Xaçmazda, 1,2%-i Şəki-Zaqatalada, 1,2%-i Dağlıq Şirvanda və son olaraq 0,9%-i Yuxarı Qarabağda müşahidə olunub.
Bundan başqa, yoluxma hallarının 10,1%-i ölkə xaricindən gələn vətəndaşlarda aşkarlanıb.
Zaur Əliyevin sözlərinə görə, Azərbaycanda koronavirusa yoluxanların 10 faizi xarici ölkədən təxliyyə edilən vətəndaşlardır.