Bakıda koronavirusun ən geniş yayıldığı rayonun adı açıqlanıb
Bakıda koronavirus infeksiyasının ən geniş yayıldığı ərazilər məlum olub.
Paytaxt üzrə ən yüksək yoluxma yenidən Binəqədi rayonunda qeydə alınıb.
Bakıda aşkarlanan yoluxma faktlarının 14,6 %-i bu rayonun payına düşür.
Sonrakı yerlərdə 13,6 %-lə Xətai, 11,8 %-lə Sabunçu, 11,7 % Yasamal, 8,4 %-lə Suraxanı, 7,8 %-lə Nərimanov, 7,6 %-lə Nəsimi, 7,6 %-lə Xəzər, 7,1 %-lə Nizami, 4,9 %-lə Səbail, 4,4 %-lə Qaradağ, 0,5 %-lə isə Pirallahı qərarlaşıb.