azia.az
azia.az

Başınız ağrıyırsa, dərman atmayın, bu çaylardan birini için

27-12-2021, 09:36

Başınız ağrıyırsa, dərman atmayın, bu çaylardan birini için
Baş ağrısı ən yayılmış pozulmalardan biridir. Baş ağrısının səbəbləri olduqca çoxdur - adi gərginlikdən insult və beyin xərçənginə qədər.

Əksər hallarda baş ağrısının səbəbi yorğunluq və gərginlik olur. Belə vəziyyətdə xalq təbabəti vasitələri çox yaxşı kömək edir. AMİA.AZ Saglamolun.az-a istinadla sizə baş ağrısını azaldan ən effektli 5 çay reseptini təqdim edir:

- Adi qara çay

Qara çay baş ağrısını azaldan ən tanınmış vasitələrdən biridir.

- Çobanyastığı çayı

Bu çay çox yaxşı sakitləşdirir, rahatlaşdırır və həmçinin iltihabı azaldır.

1 ç.q. otu 1 fincan isti suda 30 dəqiqə ərzində dəmləyin, süzün və için.

- Darçınlı çay

Darçın spazmı ardan qaldırır, sakitləşdirir.

1 fincan isti suya yarım qəhvə qaşığı darçın əlavə edin, qarışdırın və için. Çaya bal da əlavə edə bilərsiniz.

- Zəncəfilli çay

Bu çay spazmları azaldır, iltihabəleyhinə təsirə malikdir. Zəncəfilli çay tək adi baş ağrısı deyil, miqren zamanı da effektlidir.

Baş barmaq boyda zəncəfil kökükün tikəsini götürüb təmizləyin, sürtgəcdən keçirin, 1 stəkan qaynar suda 30 dəqiqə ərzində dəmləyin, süzün və için. Dadını yaxşılaşdırmaq üçün çaya bal və limon əlavə edə bilərsiniz.

- Nanəli çay

Çox dadlı və faydalı çaydır. Baş ağrısı, ürəkbulanması, mədə ağrısını aradan qaldırır.

1 ç.q. quru nanəni 1 fincan isti suda dəmləyin, süzün və için.


OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR

MARAQLI
TƏQVİM
MƏZƏNNƏ
 Valyuta məzənnəsi