azia.az
azia.az

Bir qaşıq için, öskürəyiniz bir anda kəsəcək

20-11-2021, 09:43

Bir qaşıq için, öskürəyiniz bir anda kəsəcək
Evdə öskürək siropu resepti təqdim edir. Evinizdə təbii və üzvi maddələrlə rahatlamağı təmin edən bitki mənşəli öskürək siropu hazırlaya bilərsiniz .

Tərkibi:
1 ədəd soğan
1 ədəd limon
1 stəkan qaynadılmış və soyudulmuş su
5 xörək qaşığı bal
1 mixək
1 diş sarımsaq
1 çay qaşığı darçın
2 çay qaşığı zəncəfil

Hazırlanması:
Soğan və sarımsağı doğrayın və bir bankaya qoyun. Üstünə 1 stəkan su əlavə edin, bankanı örtün və soğan suyunu buraxması üçün 1-2 saat gözləyin.

Bankadakı ərzaqları yaxşıca qarışdırın və süzgəclə süzün. Bankadakı suya bal və 1 limon suyu əlavə edin. Zəncəfil və darçın əlavə edib qarışdırın. Öskürək şərbətiniz hazırdır.

İstifadəsi:
Öskürək meydana gəldikdə, uşaqlara hazırladığınız şərbətdən gündə 1 çay qaşığı, böyüklər üçün isə 1 xörək qaşığı verə bilərsiniz.


OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR

MARAQLI
TƏQVİM
MƏZƏNNƏ
 Valyuta məzənnəsi