azia.az
azia.az

Ən faydalı 5 bitki çayı

14-04-2016, 09:36

Ən faydalı 5 bitki çayı Ən faydalı 5 bitki çayı təqdim edirik.
- Nanə çayı.
Sakitləşdirir, stresi azaldır, baş, qarın, menstruasiya ağrılarını azaldır, köpdən azad edir, damarları genişləndirir.
- Zirinc çayı.
İltihabı azaldır, mikrobları öldürür, arterial təzyiqi və şəkəri aşağı salır, immun sitemini möhkəmləndirir, iştahanı artırır.
- İtburnu çayı.
İmmuniteti möhkəmləndirir, güclü iltihabəleyhinə təsirə malikdir, sidik kisəsini və sidik yollarını təmizləyir və iltihabı azaldır, təzyiqi aşağı salır, damarları təmizləyir və möhkəmləndirir.
- Kəkliotu çayı.
Mədə-bağırsaq sistemini şlaklardan, toksinlərdən təmizləyir, qurdları öldürür, bəlgəmgətirici təsirə malikdir, orqanizmi tonuslaşdırır, stresi azaldır, kişilərdə potensiyanı gücləndirir.
- Çobanyastığı çayı.
Sakitləşdirir, bağırsaqları təmizləyir, bağırsaqlarda iltihabı azaldır, immuniteti gücləndirir, soyuqdəymə və qrip zamanı faydalıdır, menstruasiya zamanı ağırıları azalıdır.
Bu çayları hazırlamaq üçün 1 çay qaşığı bitki 1 fincan qaynar suda 20 dəqiqə ərzində dəmlənilir, süzülür və adi çay kimi içilir.
İtburnu çayı hazırlamaq üçün 1 xörək qaşığı itburnu əzilir, termosda 1 stəkan suda 1 saat ərzində dəmlənilir, 2-3 dəfə yaxşı süzülür və adi çay kimi içilir.
Zövqə görə çaya bal, limon əlavə etmək olar.


OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR

MARAQLI
TƏQVİM
MƏZƏNNƏ
 Valyuta məzənnəsi