azia.az
azia.az

Bəzi şəxslərə "Əks-göstəriş sertifikatı”bu qaydada veriləcək

13-12-2021, 15:42

Bəzi şəxslərə "Əks-göstəriş sertifikatı”bu qaydada veriləcək
COVID-19 əleyhinə vaksinlərə qarşı əks-göstərişləri olan şəxslərin "Əks-göstəriş sertifikatı” da artıq "Elektron səhiyyə” mobil tətbiqinə inteqrasiya edilib.


Bu barədə Anews.az-a Səhiyyə Nazirliyindən məlumat verilib.


Bildirilib ki, aşağıda qeyd olunan vətəndaşlar bu tətbiq vasitəsilə "Əks-göstəriş sertifikatı”nın alınması ilə bağlı Səhiyyə Nazirliyinə müraciət edə bilər.


-Hamilə qadınlar


-Dağınıq skleroz


-Süd verən analar


Müraciət etdikdən sonra vətəndaş qeyd olunmuş hal üzrə müvafiq registrlərdə mövcud olduğu təqdirdə avtomatik olaraq əks-göstəriş sertifikatı mobil tətbiqdə əks olunacaq. Bu hallardan əlavə digər diaqnozlar olduğu təqdirdə vətəndaş əks-göstəriş sertifikatı almaq üçün ərazi üzrə qeydiyyatda olduğu poliklinikasına müraciət edə bilər.


Elektron Səhiyyə mobil tətbiqini Android əməliyyat sistemli cihazlarda Google Play-dən (Play Market), İOS əməliyyat sistemli cihazlarda isə APP Store-dan asanlıqda yükləyə bilərsiniz.


Elektron Səhiyyə Mobil tətbiqindən qeydiyyat Asan loginə inteqrasiya olunub.


OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR

MARAQLI
TƏQVİM
MƏZƏNNƏ
 Valyuta məzənnəsi