azia.az
azia.az

"Əks göstəriş sertifikatı" olan şəxslər nə etməlidir? - RƏSMİ AÇIQLAMA

1-09-2021, 15:02

"Əks göstəriş sertifikatı" olan şəxslər nə etməlidir? - RƏSMİ AÇIQLAMA
"Əks-göstəriş sertifikatı” COVID-19 pasportu ilə bərabər hüquqa malikdir, bunu anews.az-a açıqlamasında Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin KİV və ictimaiyyətlə əlaqələr şöbəsinin rəisi Elşad Hacıyev bildirib.


"COVID-19 peyvəndinə qarşı "əks göstərişi sertifikatı" olanlar pasportu olan şəxslər kimi rahat hərəkət edə bilər. Həmin şəxslərin "əks-göstəriş sertifikatları” sistemdə olduğu müddətdcə ictimai iaşə müəssisələrinə, mehmanxanalara və iri ticarət mərkəzlərinə getməklərində hər hansı məhdudiyyət tətbiq edilməyəcək”, - deyə DİN rəsmisi bildirdi.

Nazirlər Kabinetinin 2021-ci il 26 may tarixli 151 nömrəli Qərarına əsasən, yaşı 18-dən yuxarı olan şəxslər sentyabrın 1-dən etibarən ictimai iaşə müəssisələri, mehmanxana və iri ticarət mərkəzlərində qapalı məkanda göstərilən xidmətlərdən yalnız COVID-19 pasportu olduğu halda istifadə edə bilərlər.


OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR

MARAQLI
TƏQVİM
MƏZƏNNƏ
 Valyuta məzənnəsi