Əks göstəriş sertifikatını əldə etməyin qaydası AÇIQLANDI
Əks göstəriş sertifikatı ilə bağlı müraciətdən sonra müsbət cavab alan vətəndaşlar https://kabinet.its.gov.az/ saytında təklif olunan 4 üsuldan biri vasitəsi ilə qeydiyyatdan keçməlidirlər.
Azia.az xəbər verir ki, Səhiyyə Nazirliyindən APA-nın sorğusuna cavab olaraq bildirilib ki, qeydiyyatdan keçdikdən sonra İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyi pəncərəsi seçilməlidir.
Daha sonra vətəndaşlar sağ tərəfdə yerləşən digər xidmətlər pəncərəsinə daxil olaraq "Əks göstəriş sertifikatı” bölməsini seçərək qeyd olunan sertifikatı telefona elektron formada yükləyə, eyni zamanda "Screenshot” edib fotosunu telefonun yaddaşında saxlaya bilərlər.