azia.az
azia.az

TƏBİB-dən 3-cü doza vaksinasiya ilə bağlı AÇIQLAMA

24-11-2021, 15:32

TƏBİB-dən 3-cü doza vaksinasiya ilə bağlı AÇIQLAMA
Covid-19 virusundan qorunmaq və immun sistemini gücləndirmək üçün Azərbaycanda yanvar ayından başlayan peyvəndləşmə prosesi davam edir. Ölkədə artıq 3-cü doza vaksinlər vurulmağa başlayıb. Vətəndaşları maraqlandıran suallardan biri də vaksin sonrası hər hansı şikayətlərin olub-olmamasıdır. Bəs peyvəndlənmədə son vəziyyət necədir?

TƏBİB-in İctimaiyyətlə əlaqələr şöbəsinin məsləhətçisi Elnarə Baxış BAKU.WS-ə açıqlamasında vətəndaşları maraqlandıran sualları cavablandırıb:

"3-cü doza ilə bağlı TƏBİB-ə hər hansı şikayət daxil olmayıb. 2-ci doza vaksin olunmuş və ya virusa yoluxmuş, rəsmi qeydiyyata düşmüş və immun sertifikatı formalaşmış şəxsin pozitiv nəticəsindən tam 5 ay keçəndən sonra o, 3-cü doza vaksin vurdura bilər".

Məsləhətçi onu da qeyd edir ki, hazırda ölkədə peyvəndlənmə prosesi vaksinasiya strategiyasına uyğun olaraq uğurla davam edir.


OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR

MARAQLI
TƏQVİM
MƏZƏNNƏ
 Valyuta məzənnəsi