azia.az
azia.az

AzTV-nin vəfat edən rejissoru vaksin olunmuşdu? - TƏBİB-dən cavab

25-08-2021, 14:16

AzTV-nin vəfat edən rejissoru vaksin olunmuşdu? - TƏBİB-dən cavab
Ötən gün "Azərbaycan Televiziya və Radio Verilişləri” QSC-nin rejissoru 54 yaşlı Arzu Məmmədova və həyat yoldaşı koronavirusdan vəfat edib. Ailə üzvlərinin eyni gündə vəfatından sonra televiziya əməkdaşının 2 doza peyvənd olunduğu, buna baxmayaraq COVID-19-a qalib gələ bilmədiyi haqda iddialar səsləndirilib.

Azia.az xəbər verir ki, sosial şəbəkələrdə yayılan iddialarla bağlı "Qafqazinfo” TƏBİB-ə sorğu ünvanlayıb. Cavab olaraq bildirilib ki, A. Məmmədova yalnız bir doza vaksin qəbul edib:

"Araşdırma nəticəsində "Azərbaycan Televiziya və Radio Verilişləri” QSC-nin rejissoru Məmmədova Arzu Mövlud qızının 3 avqust 2021-ci il tarixində ilk doza vaksin üçün müraciət etdiyi və peyvənd olunduğu məlum olub. Daha sonra A.Məmmədovanın 23 avqust tarixində PCR testi müsbət nəticə olaraq qeydə alınıb. İlk doza ilə ikinci doza arasında 28 gün müddət gözlənildiyindən A.Məmmədova 2-ci doza vaksin vurdurmayıb”.

TƏBİB-dən həmçinin bildirilib ki, yalnız hər iki dozanı qəbul etmiş şəxslər vaksin olunmuş sayılır.

Qeyd edək ki, A.Məmmədova AzTV-nin Ədəbi-dram və folklor verilişləri Baş redaksiyasında çalışıb.


OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR

MARAQLI
TƏQVİM
MƏZƏNNƏ
 Valyuta məzənnəsi