Türkiyədə koronavirusa qarşı yerli TURKOVAC vaksininin yaxın aylarda kütləvi istehsalına başlaması planlaşdırılır
Türkiyədə koronavirusa qarşı yerli TURKOVAC vaksininin yaxın aylarda kütləvi istehsalına başlaması planlaşdırılır.
Bu barədə "TRT Haber" məlumat yayıb.
Bildirilib ki, hazırda ölkədə vaksinin kliniki sınaqlarının üçüncü mərhələsi davam edir. Bu müddət ərzində hər hansısa bir yan təsir qeydə alınmayıb.
Qeyd olunur ki, üçüncü mərhələdə 650 könüllü iştirak edir. Bu günədək vaksin 46 nəfərə vurulub.
Mütəxəssislər TURKOVAC-ın qış aylarınadək kütləvi istehsalının başlayacağını bildirir.