Rusiyada 100-ə yaxın jurnalist koronavirusa yoluxdu
Rusiyada 100-ə yaxın jurnalist koronavirusa yoluxdu
Rusiyada 100-ə yaxın jurnalist koronavirusa yoluxub, daha 500-ə yaxını karantində və ya özünütəcriddədir.
“RİA Novosti” bildirir ki, bunu Rabitə və Kütləvi Kommunikasiyalar nazirinin müavini Aleksey Volin deyib.
“Biz həmkarlarımızla baş verənləri diqqətlə izləyirik. Bizdə olan məlumata görə, bu günədək yüzə yaxın jurnalistə koronavirus infeksiyası diaqnozu qoyulub. 500-ə yaxın insan karantində və özünütəcriddədir. Təssüf ki, bu yaxınlarda Moskvada jurnalistlərdən biri dünyasını dəyişib”, - Volin "Koronavirus pandemiyası dövründə federal və regional KİV" mətbuat konfransı çərçivəsində bildirib.
Qeyd edək ki, Rusiyada koronavirusa yoluxanların ümumi sayı 52 763-ə, ölənlərin sayı isə 456-ya çatıb.