azia.az
azia.az

Bu peyvəndlərin qiymətləri artıb

2-08-2021, 01:01


"Pfizer-BioNTech" və "Moderna" şirkətləri koronavirus (COVID-19) əleyhinə istehsal edikləri vaksinlərin qiymətlərini artırıb.
Bu peyvəndlərin qiymətləri artıb
"Pfizer-BioNTech" şirkəti eyniadlı vaksininin bir dozasının qiymətini 15,5 avrodan 19,5 avroya (31.3 - 39.4 AZN) qaldırıb.
"Moderna" şirkəti isə bir doza vaksinin qiymətini 22,6 ABŞ dollarından 25,5 dollara (38,4-43,3 AZN) qaldırıb.

Qeyd edək ki Avropa Dərman Agentliyi (EMA) hazırda Avropa İttifaqı ölkələrində yalnız "Pfizer-BioNTech", "Moderna", "AstraZeneca", "Johnson & Johnson" şirkətləri tərəfindən istehsal olunan peyvəndlərin istifadəsinə icazə verib.


OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR

MARAQLI
TƏQVİM
MƏZƏNNƏ
 Valyuta məzənnəsi