azia.az
azia.az

"Sinovac" vurduranlar bu peyvəndi vurdurmasın

17-07-2021, 13:48


“Sinovac” vurduran 60 yaşdan aşağı şəxslərə III doza olaraq “AstraZeneca” vurmaq istəyiriksə, bu, yol verilməz hala gətirib çıxara bilər.
  "Sinovac" vurduranlar bu peyvəndi vurdurmasın
Oxu24.com xəbər verir ki, Bunu ARB24-ün "Nə baş verir?"verilişinə açıqlamasında həkim Ümüd Səlimzadə deyib. O bildirib ki, "AstraZeneca" ilə "BioNTech" peyvəndinin qarışımı qanda 7 dəfə daha çox immunitet yaradır:

"Mən özüm iki fərqli peyvəndlə peyvəndlənmişəm. Fevral ayında “AstraZeneca”, mayda isə "BioNTech” vurdurmuşam. İspaniya araşdırmasına görə, bu peyvəndlərin qarışımı qanda immuniteti 7 dəfə daha çox göstərir, nəyinki 2 dəfə “BioNTech” peyvəndi vurdurmaq. İndiki dövrdə “AstraZeneca” peyvəndi ilə “CoronaVac”ın qarışımını da biz tətbiq edə bilərik. Amma “AstraZeneca” peyvəndi 20-50 yaş arası şəxslərdə tromboz yarada bilərdi deyə onu 60 yaşdan yuxarı şəxslərdə məsləhət gördülər.

Buna görə də, 60 yaşdan aşağı şəxslərə “Sinovac” vurulubsa və bu gün onlara “AstraZeneca” vurmaq istəyiriksə, bu, yol verilməz hala gətirib çıxara bilər. Lakin Türkiyə təcrübəsindən görürük ki, iki doza “Sinovac” vuranlara bir doza “BioNTech” vururlar və çox gözəl nəticə əldə edirlər".
Həkim onu qeyd edib ki, Delta ştammı ilə əlaqədar “BioNTech" peyvəndinin ikinci generasiyası buraxılır:
"Bu peyvənd özündə “Delta” ştammını da əhatə edib. Hazırda o, sınaq dövründədir və 6-12 həftə ərzində bazara çıxışı gözlənilir".


OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR

MARAQLI
TƏQVİM
MƏZƏNNƏ
 Valyuta məzənnəsi