Məşhur ər-arvad həkim eyni gündə koronadan öldü
“Onlar bir-birindən heç vaxt ayrılmazdı, ölüm günlərinə kimi”. Qafqazda məşhur ər-arvad həkim İlyas və Marita Əfəndiyevlər koronavirusdan vəfat etdi.
Azerforum.com xəbər verir ki, Kabardin-Balkar respublikasının əməkdar həkimləri reanimasiyada belə yanaşı yatırdılar. 63 yaşlı Mariya infeksion xəstəxananın reanimasiya rəhbəri, 69 yaşlı İlyas Əfəndiyev isə cərrah idi.
Hər iki həkim barədə “Allahın möcüzəsi” deyirdilər.
İlk öncə qadın virusa yoluxub, daha sonra ərini yoluxdurub. Vəziyyəti ağırlaşdıran Mariyanı reanimasiyaya yerləşdirəndə, bir qədər yüngül olan İlyas arvadını tək qoymamaq üçün onunla bir şöbədə yatır.
Bİrinci Mariya Əfəndiyeva vəfat edir və onun ölümünü yanaşı palatada olan yoldaşından gizlətmirlər.
Artıq koronaya qalib gəlmək ərəfəsində olan İlyas həyat yoldaşının dəfninə görə çox narahat olur. Uşaqlarına vəsiyyət edir ki, öldükdən sonra onu da Mariyanın yanında dəfn etsinlər.
Elə həmin gecə İlyas Əfəndiyev də vəfat edir.