Türk aktyordan kürdlərlə bağlı qalmaqallı açıqlama
"İmkan verin, kürdlər muxtar bölgədə yaşasınlar. Bundan sizə nə?"
Bu sözləri Türkiyənin məşhur aktyoru İlyas Salman AKP iqtidarını tənqid edərkən deyib.
O, insanları mayın 1-i İstanbulun Taksim meydanında toplaşmağa dəvət edib:
"Dağda yaşayan kürddən tutmuş Amasiyada, Ankaradakı türk insanına qədər hamımız eyni torpaqlarda yaşayırıq. İnsanlar öz mədəniyyətləri, dilləri və tarixləri ilə birgə yaşamaq istəyir. Sizi incidən nədir? İmkan verin, kürdlər özlərini idarə etsinlər. Türk, kürd, ələvi və sünni hamımız bir yerə toplaşmalıyıq. Sülh zənciri yaratmalıyıq. Bunlar nağıl deyil. Yetər ki, xalq bunu ürəkdən istəsin", - Salman vurğulayıb.
Qeyd edək ki, Türkiyənin məşhur aktyorlarından olan İlyas Salman "Kibar Feyzo", "Hababam sinfi", "Sultan" və digər filmlərdə maraqlı obrazlar yaradıb.