azia.az
azia.az

Bakıda özəl klinikada bakirə qızı necə "hamilə" çıxartdılar? - Nişanlısı şok keçirdi

11-06-2020, 12:03

Bakıda özəl klinikada bakirə qızı necə "hamilə" çıxartdılar? - Nişanlısı şok keçirdi
Bakıda özəl klinikada bakirə qızı necə "hamilə" çıxartdılar? - Nişanlısı şok keçirdi

Bakıda “Avrasiya” Hospitala MRT müayinəsi üçün gedən S.B. adlı xanım pasiyentin başına görünməmiş hadisə gəlib.
Bu barədə Medicina.az-a pasiyentin özü məlumat verib.

O, bildirib ki, ötən gün qarın və kiçik çanaq hissəsində dəhşətli ağrılarla “Sağlam ailə” klinikasına gedərək, orda USM müayinəsindən keçib. Lakin orada ağrıların səbəbini dəqiq tapa bilməyən həkimlər onu “Avrasiya” Hospitala MRT müayinəsinə göndəriblər. Yalnız bu müayinənin dəqiq nəticə göstərəcəyini deyiblər.

Ağrılar içində və həkimlərin də çaşqınlığından qorxan qız təcili olaraq həmin klinikaya gəlib, müayinədən keçib:
Bakıda özəl klinikada bakirə qızı necə "hamilə" çıxartdılar? - Nişanlısı şok keçirdi
""Sağlam ailə"nin həkimləri göndəriş vərəqində ilkin diaqnoz kimi yumurtalıq kistinin partlaması, qanaması, daxili qanaxma şübhəsi yazmışdılar. Buna baxmayaraq, məni çox baha qiymətə təcili MRT-yə saldılar, cavabı isə 24 saat sonra verdilər.

Ağrıkəsicilərlə birtəhər səhərə kimi gözləmişəm.

Səhər nişanlımla cavabı götürməyə getdik, o dəhşətli, ağlımıza gəlməyən nəticəni eşitdik və şoka düşdük.

Nişanlımın yanında mənə uşaqlıqdan kənar, boru hamiləliyi diaqnozu dedilər. Kağızda “Ekstranterin hamiləlik" yazılmışdı və sual işarəsi qoyulmuşdu. Soruşdum, bu nədir, dedilər, gedin test edin, analiz verin.

Bakıda özəl klinikada bakirə qızı necə "hamilə" çıxartdılar? - Nişanlısı şok keçirdi
Dəfələrlə həkimə dedim ki, bu ola bilməz. Hardan hamilə qala bilərəm, havadan? Axı mən cinsi həyat yaşamıram.
Təsəvvür edin, həmin an nişanlımın vəziyyətini.

Çox böyük dəhşət içində baş həkimin, rəhbərliyin qəbuluna getdim ki etirazımı bildirim, məni içəri buraxmadılar. MRT üçün verdiyim pulu tələb etdim. Açıq-aşkar dedilər ki, pulu da vermirik, diaqnoz da budur”.

Nəticədə "Şəfa" klinikasında yenidən USM olunan xanımda yumurtalıqda ağırlaşmış follekulyar kist aşkar olunub və müalicə yazılıb:
Bakıda özəl klinikada bakirə qızı necə "hamilə" çıxartdılar? - Nişanlısı şok keçirdi
“Bir yanlış diaqnozla mənim bütün sağlamlığım, şəxsi həyatım alt-üst ola bilərdi. Məni bütün xəstəxanada, nişanlımın qarşısında biabır etdilər, məni alçatdılar. O kist partlayardı, qanama güclənərdi... Belə çıxır ki, bunlar boruda olmayan hamiləliyi axtaracaqdılar? Klinikadan ödədiyim pulu geri tələb edirəm. Bİr də onların məni bu dərəcədə alçaltdıqları üçün cavabdehlik daşımasını istəyirəm. Onları məhkəməyə vermək barədə düşünürəm . Sag olsun Şəfa klinikasının həkimləri, son anda doğru diaqnoz qoyub, məni xilas etdilər”.


OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR

MARAQLI
TƏQVİM
MƏZƏNNƏ
 Valyuta məzənnəsi