azia.az
azia.az

Səhiyyə Nazirliyi “Sədərək”dəki yanğında xəsarət alanların son durumunu açıqlayıb

5-08-2019, 10:09

Səhiyyə Nazirliyi “Sədərək”dəki yanğında xəsarət alanların son durumunu açıqlayıb
Bakı şəhərinin Qaradağ rayonunda “Sədərək” ticarət mərkəzinin ərazisində anbarlardan birində baş verən yanğın zamanı ümumi müraciət edənlərin sayı 16 nəfər olub.
Səhiyyə Nazirliyindən "Report"a verilən məlumata görə, onlardan 6-na yerində yardım edilib. Nazirlikdən bildirilib ki, qalan 10 nəfər 1 saylı Kliniki Tibbi Mərkəzə aparılıb: "10 nəfərdən biri yanğın baş verən ticarət mərkəzinin əməkdaşıdır, qalanlar yanğının söndürülmasində iştirak edən FHN və DİN əməkdaşlarıdır. Müraciət edənlərə tibbi yardım göstrildikdən sonra evə buraxılıblar".


OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR

MARAQLI
TƏQVİM
MƏZƏNNƏ
 Valyuta məzənnəsi