Türkiyədə şagird yataqxanasında yanğın: 12 ölü, 22 yaralı
Türkiyənin Adana rayonunun Aladağ rayonunda 3 mərtəbəli tələbə yataqxanasında yanğın olub
Trend-in "Hürriyyət" qəzetinə istinadən verdiyi məlumata görə, hadisə nəticəsində 11 tələbə qız və 1 qadın müəllim yanaraq ölüb. 22 tələbənin isə yaralandığı bildirilir.
Onların xəsarət almasına səbəb yanğın zamanı özlərini pəncərədən atmaları olub.
Adana bələdiyyəsinin sədri yanğın nərdivanının qapısının içəridən bağlı olduğunu, açarın isə ölən müəllimdə qaldığını deyib.
Hadisəyə ilkin səbəb kimi elektrik naqillərindəki qısaqapanma göstərilir.
***
Türkiyənin Adana şəhərində yerləşən şagird yataqxalarından birində yanğın baş verib.
Trend-in Anadolu agentliyinə istinadən verdiyi məlumata görə, yanğın nəticəsində 12 nəfər həlak olub, 22 nəfər isə müxtəlif dərəcədə xəsarət alıb.
Ölənlərdən 1-i müəllim, 11 isə şagird olub.
"Baş verən yanğın nəticəsində 12 nəfər həlak olub, 22 nəfər isə müxtəlif xəsarətlərlə xəstəxanalara yerləşdirilib. Hazırda hadisə yerində araşdırma aparılır. ", - Adana valisi Mahmud Dəmirtaş deyib.
Yanğının elektrik xətlərində qısaqapanmadan baş verdiyi ehtimal olunur.