Jurnalist icra başçısının göstərişi ilə saxlanıldı, sonra isə…
Azia.az-a verilən məlumata görə:Bu gün Yasamal Rayon İcra Hakimiyyətinin başçısı Əziz Əzizov rayonun Çingiz Mustafayev küçəsi ilə Nizami küçəsinin, Azərbaycan prospekti ilə M.Muxtarov küçəsi arasında yerləşən əhalinin köçürülməsi və söküntü işlərinə nəzarət məqsədilə sakinlərlə görüşüb.
Görüş zamanı peşə fəaliyyətini həyata keçirən Bizimyol.info xəbər portalının əməkdaşı Ramid İbrahimovun peşə fəaliyyətinə icra başçısının göstərişi ilə mülki geyimli şəxslər mane olub, ona təzyiq göstərərək əlindən videokameranı alıblar.
Jurnalist hadisə ilə bağlı Daxili İşlər Nazirliyinin “102” qaynar xəttinə mraciət edib. Bir müddətdən sonra əraziyə gələn polis əməkdaşları jurnalisti Yasamal rayon 26-cı Polis Bölməsinə aparıblar.
Burada onun çəkiliş aparmaq məqsədi öyrənildikdən sonra yalnış anlaşılmanın olduğu bildirilərək izahatı alınaraq sərbəst buraxılıb.
Aybəniz Abdulova