"Mən tələbəyə görə bu gün bu hörməti qazanmışam" - İbrahim Cəfərov-VİDEO-MÜSAHİBƏ
İbrahim Cəfərov Bitki Mühafizə və Texniki Bitkilər Elmi-Tədqiqat İnstitunun direktoru vəzifəsinə təyinat alan gündən daima kənd təsərrüfatının inkişafına çoxsaylı tövhələr verməklə bu sahədə dönüş yarada bilib. Elmin inkişafına və bu istiqamətdə aparılan uğurlu tədqiqatlara öz savadı və biliyi, təcrübəsi ilə böyük nailiyyətlər qazandıran İbrahim Cəfərovun müsahibəsi bir daha ona olan rəğbəti artırıb. Müsahibəsində tələbə-müllim münasibətləri və tələbənin cmiyyətdə rolu barədə danışan direktor, bir daha tələbələrə nə dərəcədə qiymət verdiyini vurğulamışdır.
“Tələbə mənim simamda özünün arxa-dayağını görür. Atasını, qardaşını, böyüyünü görür. Mən tələbəyəm qarşı laqeyd deyiləm. İstənilən anda onun yanındayam. Bir tələbə xəstələnib xəstəxanaya gedəndə, nə işim olur olsun, dərhal fakültənin dekanı o tələbənin yanındadır. Axşam evə gedəndə hökmən ona dəyməyi özümə borc bilirəm. Səhər-səhər onun həkimi ilə danışmalıyam. Bu bir elementdir, yüzlərlə belə elementlər var. Təkrar edirəm, mənim üçün tələbə müqəddəsdir, Azərbaycanın gələcəyidir, əsgəridir. Bu vətəninn mütəxəssidir. Mən tələbəyə görə bu gün bu hörməti qazanmışam. Ölkədə mənə beş nəfərin hörməti varsa bu tələbəyə görədir. Mən onu öxutmalıyam, vətənini, dövlətini, ölkənin rəhbərin ona sevdirməliyəm. Bu belə olmalıdır. Bunun başqa variantı yoxdur”. Deyə İbrahim Cəfərov müsahibəsində qeyd edir.
Video-müsahibəni təqdim edirik: