azia.az
azia.az

Görkəmli heykəltaraş Ömər Eldarovun biblioqrafik göstəricisi işıq üzü görüb

13-02-2024, 14:53


Görkəmli heykəltaraş, Azərbaycan SSR Əməkdar incəsənət xadimi, Azərbaycan SSR xalq rəssamı, “İstiqlal”, “Şərəf”, “Heydər Əliyev” ordenli, Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) həqiqi üzvü Ömər Eldarovun həyatı, elmi-pedaqoji və ictimai fəaliyyətini əks etdirən biblioqrafik göstərici hazırlanıb. AMEA-nın Mərkəzi Elmi Kitabxanası (MEK) tərəfindən tərtib olunan biblioqrafik göstərici görkəmli heykəltaraşın 95 illiyinə həsr edilib.

Biblioqrafik göstərici 1960-2023-cü illəri əhatə edir. Göstəriciyə alimin portretləri, memorial abidələri və monumental əsərlərinin siyahısı, eyni zamanda dövri, ardı davam edən və seriyalı nəşrlərdə Azərbaycan və rus dillərində dərc olunmuş məqalələrinin, redaktoru olduğu elmi əsərlərin siyahısı daxil edilib.

Vəsaitin elmi redaktoru MEK-in direktoru, professor Məmməd Əliyev, redaktoru Əməkdar mədəniyyət işçisi Xuraman İsmayılova, Rəna Cavadova, tərtibçisi Nərgiz Novruzovadır.

Göstərici sənətşünaslıq sahəsində çalışan mütəxəssislər və geniş oxucu kütləsi üçün nəzərdə tutulub.

 

İctimaiyyətlə əlaqələr və informasiya şöbəsi

[email protected]


OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR

MARAQLI
TƏQVİM
MƏZƏNNƏ
 Valyuta məzənnəsi