Qarabağ Regional Memarlıq və Şəhərsalma Baş İdarəsinin yerləşəcəyi şəhər məlum olub
Dövlət Şəhərsalma və Arxitektura Komitəsi yanında Qarabağ Regional Memarlıq və Şəhərsalma Baş İdarəsi Bərdə şəhərində yerləşəcək.
Azia.az "report"a istinadən xəbər verir ki, bu, "Dövlət Şəhərsalma və Arxitektura Komitəsi yanında Qarabağ Regional Memarlıq və Şəhərsalma Baş İdarəsi haqqında Əsasnamə"də əksini tapıb.
Sənəddə qeyd edilib ki, Baş İdarənin müstəqil balansı, üzərində Azərbaycan Respublikası Dövlət Gerbinin təsviri, Komitənin və Baş İdarənin adı həkk olunmuş möhürü, müvafiq ştampları və blankları, xəzinə və bank hesabları var.