azia.az
azia.az

Bakının Baş planı yenidən işlənəcək

24-12-2016, 10:42

Bakının Baş planı yenidən işlənəcək
Dövlət Şəhərsalma və Arxitektura Komitəsi Bakı şəhər İcra Hakimiyyətinin iradlarını qəbul edib, Ələtdə aeroportun tikintisi məqsədəuyğun hesab olunmayıb

“Bakı şəhərinin Ərazidən İstifadə və Zonalaşdırma Planı/Baş plan” layihəsinə yenidən baxılacaq.

Dövlət Şəhərsalma və Arxitektura Komitəsindən "APA-Economics"in sorğusuna cavab olaraq bildirilib ki, dekabrın 22-də Şəhərsalma və Tikinti Məcəlləsinin ərazi planlaşdırılması üzrə icraat 6-cı fəslindəki prosedurlara müvafiq olaraq Bakı Dövlət Layihə İnistitutu tərəfindən təqdim olunmuş “Bakı şəhərinin Ərazidən İstifadə və Zonalaşdırma Planı/Baş plan” layihəsinin ilkin ictimai müzakirəsi keçirilib. Tədbirdə müxtəlif dövlət orqanlarının, ictimaiyyətin nümayəndələri işştirak edib. Tədbirin keçirilməsində əsas məqsəd məhz layihə ətrafında fikir mübadiləsinin aparılması və layihə ilə bağlı irad və təkliflərin öyrənilməsi olub.
Advertising 14


Müzakirələrin nəticələri əsasında layihəyə dair tövsiyələr, təklif və iradlar bildirilib. Qeyd olunanlar, o cümlədən Bakı Şəhər İcra Hakimiyyətinin qeyd olunan iradları qısa müddətdə aradan qaldırılması ilə əlaqədar Bakı Dövlət Layihə İnstitutuna aşağıdakı tapşırıqlar verilib:

- Metro xətləri "Bakı Metropoliteni" QSC-nin 2035-ci ilə olan perspektiv inkişaf konsepsiyasına uyğunlaşdırılması;

- Ələtdə sərnişin hava limanının tikintisi məqsədəuyğun hesab edilmədiyi üçün layihədən çıxarılması;

- Mənzil fondu üzrə rəqəmlərin dəqiqləşdirilməsi;

- Söküntü həcmlərinə yenidən baxılması;

- İqtisadi göstəricilərin dəqiqləşdirilməsi;

- Nəzərdə tutulan mərkəzlər və buradakı əhali saylarının dəqiqləşdirilməsi;

- Qeyd olunanları nəzərə alaraq layihənin təshih olunaraq yenidən təqdim edilməsi.


OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR

MARAQLI
TƏQVİM
MƏZƏNNƏ
 Valyuta məzənnəsi