azia.az
azia.az

Azərbaycan milli mətbəxi Aktauda nümayış etdirilib

9-02-2016, 18:32

Azərbaycan milli mətbəxi Aktauda nümayış etdirilib Azərbaycan milli mətbəxi Aktau şəhərində nümayış etdirilib. Bu barədə Azərbaycanın Qazaxıstanın Aktau şəhərindəki Baş konsulluğunun mətbuat katibliyindən məlumat verilib.
Aktau şəhərinin “Xan şaxar” istirahət və əyləncə sarayında dünya xalqlarının milli mətbəxlərinin nümayişi keçirilib.
Aktau şəhərində fəaliyyət göstərən müxtəlif təşkilatların nümayəndələri tərəfindən təşkil olunmuş tədbirdə iyirmiyə yaxın milli mətbəx nümayış etdirilib.
Azərbaycan milli mətbəxinin nümayişi üçün Azərbaycanın Aktau şəhərindəki Baş konsulluğu Aktau şəhərində fəaliyyət göstərən azərbaycanlıların “Viva” şirniyyat evi, “Manqal” “Ayjan”, “Şəms” restoranlarının dəstəyi ilə “yaxından iştirak edib.
Milli mətbəximiz nümayişi üçün ayrılmış süfrədə iki cür plov, dolma, müxtəlif kabablar, həmçinin təndir çörəyi və lavaş, şirniyyatlardan paxlava, şəkərbura iştirakçılara təqdim olunub.
Azərbaycan milli mətbəxinin təqdimatı zamanı ölkəmiz haqqında video çarx nümayış etdirilib, həmçinin milli geyimlərdə qızlar Azərbaycanın milli rəqslərini oynayıblar.


OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR

MARAQLI
TƏQVİM
MƏZƏNNƏ
 Valyuta məzənnəsi