azia.az
azia.az

Xalis xarici aktivlər 5,5 milyard manata yaxın artıb

Bu gün, 10:01

Azərbaycanın Xalis xarici aktivlərin həcmi 2026-cı ilin ilk 8 ayında 32 milyard 462,2 milyon manat təşkil edib.

Valyuta.az xəbər verir ki, 2025-ci ilin eyni dövründə xalis xarici aktivlərin həcmi 27 milyard 4,3 milyon manat olub.

Beləliklə, xalis xarici aktivlər illik müqayisədə 5 milyard 457,9 milyon manat və ya 20,2% artıb.

Hesabat dövründə xalis daxili aktivlərdə də artım qeydə alınıb. 2026-cı ilin ilk 8 ayında xalis daxili aktivlərin həcmi 22 milyard 515,7 milyon manat təşkil edib. Ötən ilin eyni dövründə isə bu göstərici 20 milyard 762,6 milyon manat olub.

Nəticədə, xalis daxili aktivlər illik müqayisədə 1 milyard 753,1 milyon manat və ya 8,4% artıb.

Mayya Hüseynova


OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR

MARAQLI
TƏQVİM
MƏZƏNNƏ
 Valyuta məzənnəsi