azia.az
azia.az

Salatın Əsgərovaya həsr edilmiş filmin təqdimatı olub

3-02-2016, 16:11

Salatın Əsgərovaya həsr edilmiş filmin təqdimatı olub Trend İnformasiya Agentliyinin mətbuat mərkəzində Azərbaycanın Milli Qəhrəmanı Salatın Əsgərovaya həsr olunmuş qısametrajlı "Vətən üçün gedirəm" filminin təqdimatı keçirilib.
Filmin ideya və ssenari müəlifi Nərmin Məmmədli, rejissoru Əbdül İsayev, layihənin rəhbəri Rəşad Səfərovdur, musiqisi isə Azərbaycan xalq artisti, əməkdar incəsənət xadimi Eldar Mansurova məxsusdur.
Filmdə Salatın obrazını Humay Məmmədova, anasını Mehriban Əliyeva, oğlu Ceyhunu isə Əhməd Alməmmədov canlandırıb.
Çıxış edənlər qeyd ediblər ki, film gənclərə vətənpərvərlik ruhunu aşılayır. S.Ələsgərova Azərbaycan qadınının cəsarət və fədakarlıq nümunəsidir.
Qeyd edək ki, 1991-ci il yanvarın 9-da jurnalist S.Əsgərova Qarabağ müharibəsi ilə bağlı peşə fəaliyyətini yerinə yetirərkən Qaladərəsi kəndi yaxınlığında erməni silahlı qüvvələri tərəfindən qətlə yetirilib.


OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR

MARAQLI
TƏQVİM
MƏZƏNNƏ
 Valyuta məzənnəsi