azia.az
azia.az

Kralın qızı bu futbolçuya aşiq olub - FOTO

1-12-2022, 09:15

İspaniya taxt-tacının varisi, kral VI Filippin böyük qızı olan şahzadə Leonor “Barselona”nın yarımmüdafiəçisi Qaviyə aşıq olub.

Xəbər verilir ki, o, məktəbə özü ilə birlikdə oyunçunun şəkillərinin yapışdırıldığı qovluğu aparır.

İspaniya kralı hazırda Dohadadır və burada 2022-ci il dünya çempionatı üçün milli komandanı dəstəkləyir. Kosta-Rika ilə oyundan (7:0) sonra o, milli komandanın paltardəyişmə otağına girərək futbolçuları qələbə münasibətilə təbrik edib.

İddialara görə, 18 yaşlı yarımmüdafiəçi VI Filip üçün kralın geyindiyindən daha kiçik ölçülü köynək imzalayıb. Hədiyyənin monarxın qızı üçün nəzərdə tutulduğu güman edilir.

17 yaşlı Leonor Asturiya şahzadəsi, taxt-tac varisi VI Filip və onun həyat yoldaşı Letisiyanın böyük qızıdır.//oxu.az



OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR

MARAQLI
TƏQVİM
MƏZƏNNƏ
 Valyuta məzənnəsi