7 kiloqramlıq qızıl tac, marşal rütbəli itə görə milli matəm, milyonluq avtomobillər
Tailand kralı Maha Vaçiralonqkorn (X Rama) varidatına görə bir çox iş adamını üstələyir.
Xəbərə görə, sərvəti 40 milyard dollardan çox olan kralın 54 sarayı, 38 təyyarəsi, 21 helikopteri var. Avtomobillərin, qızıl zinət əşyalarının sayını isə yalnız özü bilir. Bundan savayı, 6500 hektar ərazidə qurulan malikanənin dəyəri 30 milyard dollardan çoxdur.
Kralın tacqoyma mərasimində istifadə etdiyi tacın hündürlüyü 1 metrdən çoxdur. Bahalı brilyantlarla bəzədilmiş tac 1782-ci ildə hazırlanıb və kütləsi nə az, nə çox – 7,2 kiloqramdır. Müqayisə üçün deyək ki, İngiltərə kraliçasının tacı heç 2 kq deyil.
Kralın gündəlik istifadə etdiyi “Rolls Royce”un qiyməti 2 milyon dollardan çoxdur.
Avtomobil kolleksiyasının incilərinə gəlincə: 1960-cı il modeli Rolls Royce Phantom (175.000 avro), Maybach 62 (625.000 avro), Cadillac DTS (42.000 avro), Maybach S600 Pullman (1,2 milyon avro), Rolls Royce Silver Cloud III (875.000 avro), Rolls Royce Phantom IV (962.000 avro) və s. göstərmək olar.
Kralın hobbisi isə pudel cinsi itlərdir. Sarayda 30 belə it saxlanılır. Onlardan ən məşhuru Fu Fu adlı itə bir neçə il əvvəl rəsmi mərasimlə aviasiya marşalı rütbəsi verilmişdi. Qızılı paqonlar taxılmış iti bütün rəsmi tədbirlərdə iştirak edirdi. Fu Fu öləndə isə… ölkədə 4 gün matəm elan edilmişdi.Lent.az