Soyuducuya isti yemək qoymayın - SƏBƏB
İsti yeməyi birbaşa soyuducuya qoymaq düzgün deyil. Bu vərdiş soyuducudakı digər qidaların daha tez xarab olmasına səbəb ola bilər.
Xəbər verilir ki, bu ahqda həkim Yelena Spetsenko lenta.ru-ya danışıb.
Onun sözlərinə görə, isti tava soyuducuya qoyulduqda cihazın daxilində temperatur yüksəlir. Bu isə süd, ət və digər tez xarab olan məhsullarda bakteriyaların çoxalmasına şərait yaradır.
İsti yemək həmçinin buxar buraxır. Nəticədə soyuducunun divarlarında və digər məhsulların üzərində kondensasiya yaranır. Artıq nəmlik isə kif və bakteriyaların yaranmasına səbəb ola bilər.
Spetsenko yeməyi soyuducuya qoymazdan əvvəl otaq temperaturunda təxminən iki saat soyutmağı tövsiyə edib. Bundan sonra yeməyi soyuducuda saxlamaq olar.
Aytəkin TOFİQQIZI