Minlərlə insan Beşbarmaq dağını NİYƏ ZİYARƏT EDİR?
Beşbarmaq və ya Baş Bərmək dağı ölkənin milli tarixi üçün böyük əhəmiyyət kəsb edir.
Hər il bu ərazini minlərlə yerli və xarici turist ziyarət edir.Bu dağla bağlı əsrlərdir müxtəlif inanclar və əfsanələr dolaşır. İncildə "Musa qayası" adlandırılan Beşbarmaq dağı xalq arasında "Xızır baba", " Xıdır Zində” piri kimi də tanınır.
Rəvayətə görə, Xızır peyğəmbərin burada “dirilik suyu” içərək ölümsüzlük qazandığına inanılır. Lakin Beşbarmaq yalnız dini-mənəvi məkan deyil, həm də geoloji baxımdan olduqca qeyri-adi təbiət abidəsidir.
Dağın qayalıq hissəsi Yura yaşlı əhəngdaşı süxurlarından təşkil olunub və ətraf ərazidəki süxurlardan fərqli quruluşa malikdir.
“Cebheinfo.az” xəbər verir ki, Beşbarmaqla bağlı yayılan iddialardan birinə görə isə 1974-cü ildə Sovet geoloqları dağın daxilində araşdırma apararkən qeyri-adi hadisə ilə qarşılaşıblar.
İddiaya əsasən, mağaranın dərinliklərinə daxil olan üç geoloqla radioəlaqə kəsilib və onlar sonradan müəmmalı şəkildə yoxa çıxıblar. Axtarış qrupu mağaranın içərisinə daxil olduqda isə keçidin sonunun sanki heç vaxt mövcud olmayıbmış kimi qaya divarı ilə bağlandığını görüb.
Bu hadisənin Sovet dövründə gizli saxlanıldığı və girişin betonla bağlandığı da iddia edilir. Lakin bu hekayəni təsdiqləyən etibarlı arxiv sənədləri və ya elmi mənbələrə rast gəlinmir.
Aişə