azia.az
azia.az

Qəbələnin icra başçısı Səbuhi Abdullayevin atası Bakıda qanlı insident törədib?

Bu gün, 19:19

Avqustun 26-da saat 18:00 radələrində Bakı şəhərinin Azadlıq prospekti 149 ünvanında yerləşən çay evlərindən birində insident baş verdiyi iddia olunur.


NOCOMMENT.az xəbər verir ki, bu barədə Jurnalist Samir Feyruzov facebook sosial şəbəkə hesabında paylaşım edib. Hadisə zamanı Qəbələ Rayon İcra Hakimiyyətinin başçısı Səbuhi Abdullayevin atası olduğu bildirilən Məhəmməd Abdullayevin Aqil adlı şəxsin baş nahiyəsinə küt alətlə zərbə endirdiyi iddia edilir.


Məlumata əsasən, hadisə nəticəsində zərərçəkənin baş nahiyəsindən xəsarət alaraq xəstəxanaya yerləşdirildiyi bildirilir.

Hadisə ilə bağlı Məhəmməd Abdullayevin Qəbələ Rayon İcra Hakimiyyətinin başçısı Səbuhi Abdullayevin atası olub-olmadığını dəqiqləşdirmək məqsədilə icra başçısı ilə əlaqə saxlanılıb. Səbuhi Abdullayev məsələni nə təsdiq, nə də təkzib edib.

Məlumatlı mənbənin iddiasına görə, Məhəmməd Abdullayev tikinti sektorunda fəaliyyət göstərir, müxtəlif layihələr üzrə fərdi yaşayış evlərinin inşası və satışı ilə məşğuldur.


İlkin məlumata əsasən, insidentdən əvvəl Məhəmməd Abdullayevin Aqil adlı şəxsi başqa bir şəxslə tanış etdiyi, sonradan həmin şəxslər arasında alış-veriş münasibətlərinə görə mübahisə yarandığı bildirilir. İddiaya görə, sonradan baş verən mübahisə zamanı zərərçəkənə küt alətlə zərbə endirilib.


Qeyd edək ki, hadisə ilə bağlı hüquq-mühafizə orqanlarının rəsmi açıqlaması yoxdur. Qarşı tərəfin mövqeyini dərc etməyə hazırıq.






OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR

MARAQLI
TƏQVİM
MƏZƏNNƏ
 Valyuta məzənnəsi