azia.az
azia.az

Təhsil Tələbə Krediti Fondu birinci kurs tələbələrinə müraciət etdi

Bu gün, 16:47

Təhsil Tələbə Krediti Fondu birinci kurs tələbələrinə müraciət etdi

2026-2027-ci tədris ilində ali təhsil müəssisələrinin bakalavriat səviyyəsinə eləcə də orta ixtisas və peşə təhsili müəssisələrinə əyani və ödənişli əsaslarla qəbul olunanlar təhsil tələbə kreditindən yararlana bilərlər.

Bu barədə Modern.az-a Təhsil Tələbə Krediti Fondundan məlumat verilib.

Bildirilib ki, 28 avqust tarixindən etibarən ali təhsil müəssisələrinin bakalavriat səviyyəsinə qəbul olunmuş abituriyentlər ilk olaraq razılıq ərizəsi əldə etməli, daha sonra təhsil tələbə kreditindən yararlanmaq üçün e-ttkf.edu.az portalına müraciət edə bilərlər. Razılıq ərizəsini notariat ofislərindən, "ASAN xidmət" mərkəzlərindən, "Mobil notariat" və ya "mygov" tətbiqindən əldə etmək mümkündür.

Qeyd olunub ki, təhsil tələbə kreditinə müraciət edən şəxslərə operativ dəstək göstərmək məqsədilə həftənin iş günləri saat 09:00-dan 18:00-dək Fondun ofisində yardım masası fəaliyyət göstərir (Ünvan: Bakı şəhəri, Nəsimi rayonu, Səməd Vurğun küçəsi 34, AF Mall, 18-ci mərtəbə). Fondun Çağrı Mərkəzi, WhatsApp və birbaşa əlaqə nömrələri vasitəsilə müraciətlər operativ şəkildə cavablandırılır.


OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR

MARAQLI
TƏQVİM
MƏZƏNNƏ
 Valyuta məzənnəsi