Bunları etsən orqanizmin qocalmasının qarşısını alarsan
İllər ötdükcə ürək və beyin başda olmaqla, bəzi orqanlarımızda dəyişikliklər meydana gəlir.![]()
Bildirilir ki, sağlam qidalanmaq, müntəzəm idman etmək, stressdən və zərərli vərdişlərdən uzaq durmaq orqanizmimizin qocalmasının qarşısını alır.
Ən tez qocalan 5 orqan və onların fəaliyyətinin pozulmasının qarşısını almaq üçün faydalı məsləhətləri təqdim edirik:
Beyin - 30 yaşdan sonra beyin hüceyrələri yavaş-yavaş ölür və toxumalarda kiçilmələr başlayır. 50 yaşa çatdıqda beyinin çəkisində azalmalar başlayır və hər 10 ildən bir bu göstərici 2-3% artır. Bununla əlaqədar yeni məlumat öyrənmək bacarığı getdikcə zəifləyir. Həmin yaş dövrünədək öyrənilən biliklər isə öz fəallığını qoruyub saxlayır. Beyinin qocalmasının qarşısını almaq üçün həftədə ən azı 2 dəfə balıq yeməli, siqaret, spirtli içkidən uzaq durmalısınız. Zehni inkişaf etdirən əyləncələr - krassvord həll etmək, gündəlik xəbərləri oxumaq beyinin sağlamlığı üçün faydalıdır.