azia.az
azia.az

İnsanı sağlam saxlayan 10 FAYDALI MƏHSUL

4-11-2020, 14:55

İnsanı sağlam saxlayan 10 FAYDALI MƏHSUL

Avropa Diyetoloqlar və Qastroenteroloqlar Assosiasiyasının ekspertləri insan sağlamlığı üçün ən faydalı olan 10 məhsulun adını açıqlayıb.

Azia.Az həmin siyahını təqdim edir:

Balıq

Balığın istehlakı pis xolesterinin səviyyəsini aşağı salır, damarları qoruyur, beyinin qocalmasını ləngidir.

Yulaf yarması

Vitamin, mineral və zülallarla zəngin olan yulaf yarması bağırsaqlar üçün ən faydalı məhsullardan biri sayılır. Yulaf yarması bağırsaqların fəaliyyətini və mikroflorasını yaxşılaşdırır. Bu isə öz növbəsində immun sistemini möhkəmləndirir.

Pomidor

Pomidor likopin, qidalı liflər və kaliumun sayəsində arterial təzyiqi salır, ürək-damar sistemi xəstəliklərinin riskini azaldır və həmçinin orqanizmə xərçəng əleyhinə təsir edir.

Brokkoli

Bəzi alimlər brokkolini ən faydalı tərəvəz kimi qiymətləndirirlər. Sulforafan maddəsi sayəsində brokkoli mədə xorası, mədə və prostat vəzi xərçənginin riskini azaldır, zədələnmiş toxumaların bərpasını sürətləndirir.

Kivi

Kivi polifenol maddələri ilə zəngindir. Bu maddələr hüceyrələri sərbəst radikalların dağıdıcı təsirində qoruyur. Polifenollar mədə və 12 barmaq bağırsağı xorasının inkişafının qarşısını alır, orqanizmə güclü iltihabəleyhinə təsir edir, ateroskleroz və damarlarda trombların əmələ gəlməsinin qarşısını alır.

Üzüm

Üzümün tərkibində insan orqanizmi üçün faydalı olan 150 (!) maddə və birləşmə var. Üzüm ürək-damar sistemi xəstəliklərinin riskini azaldır, damarlarda trombların əmələ gəlməsinin və xolesterinin yığılmasının qarşısını alır.

Avokado

Avokado ürək və damarları qoruyur, qanda şəkərin səviyyəsini tənzimləyir, şəkərli diabet xəstəliyinin riskini azaldır.

Yumurta

Yumurtanın müntəzəm istehlakı diabet və insultdan qoruyur, qocalmanı ləngidir.

Sarımsaq

Sarımsaq damarları xolesterindən təmizləyir, güclü xərçəng əleyhinə təsirə malikdir.

Zeytun yağı

Zeytun yağı orqanizmdə xolesterinin səviyyəsini aşağı salır, təzyiqi normallaşdırmağa kömək edir.


OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR

MARAQLI
TƏQVİM
MƏZƏNNƏ
 Valyuta məzənnəsi