azia.az
azia.az

Türkiyəli xanım “Ginnesin Rekordlar Kitabı”na düşdü - FOTO

14-10-2021, 08:28

Türkiyəli xanım “Ginnesin Rekordlar Kitabı”na düşdü - FOTO
Türkiyənin Karabük vilayətinin sakini Rumeysa Gəlgi bir daha adını “Ginnesin Rekordlar Kitabı”na yazdırıb.

24 yaşlı gənc dünyanın ən ucaboylu qadını olub. Onun boyu 2 metr 15 santimetr təşkil edir.

Rumeysa laboratoriya işçisi Sofiya və biokimya mütəxəssisi Heydər Gəlginin ailəsindəki üç övladdan biridir. O, uşaq yaşlarından Uiver sindromundan ziyyət çəkir. Məhz bu xəstəlik onun boyunun artmasına səbəb olub.
Türkiyəli xanım “Ginnesin Rekordlar Kitabı”na düşdü - FOTO
Rumeysanın adı ilk dəfə 2014-cü ildə dünyada yetkinlik yaşına çatmayan ən ucaboylu qız kimi Rekordlar Kitabına düşüb. İndi isə o, artıq dünyanın ən ucaboy qadını adını qazanıb.


OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR

MARAQLI
TƏQVİM
MƏZƏNNƏ
 Valyuta məzənnəsi