azia.az
azia.az

Dünyanın ən qısaboylu insanları - liliputlar və cırtdanlar

12-02-2016, 15:51

Dünyanın ən qısaboylu insanları - liliputlar və cırtdanlar Bəzən ətrafımızda balacaboylu adamlara rast gəlirik. Bu adamlara liliput deyilir. Qısaboylu adamlar iki yerə bölünür - liliputlar və cırtdan adamlar.

Liliput sözü "Quliverin səyahəti kitabında"kı balaca adamlar şəhərindən götürülüb. Bu sözün müəlliflik hüququ Conatan Sviftə məxsusdur.
Liliputluq genetik xəstəlikdir. Liliputların boyu 40-90 santimetr olur, çəkiləri isə 5-15 kq arasında dəyişir. Statistikaya əsasən hazırda dünyada 800 liliput var, onların əksəriyyəti sirkdə və əyləncə mərkəzlərində işləyirlər. Cırtdanlara nisbətən liluputların bədən quruluşları daha ahəngdar olur. Hətta yaşlı vaxtlarında belə onların üz cizgiləri çox dəyişmir və uşağa bənzəyirlər. Bu cırtdan adamlar beyindəki hipofiz xəstəliyindən əziyyət çəkir. Hipofiz beyinlə əlaqəli xəstəlikdir və insan boyunun artımının qarşısını alır.
Cırtdanlar isə müəyyən xəstəlik nəticəsində boyları balaca qalmış insanlardır. Onların ən uzunboylusu 147 sm olur. Cırtdan xəstəliyi distrofiklik və hormonal çatışmazlıq nəticəsində yaranır. Bu tip insanların bədən quruluşları və üz cizgiləri normal olur. Təbii ki istisnalar da var. Cırtdanlar həm də qalxanvari vəzin fəaliyyətinin çatışmazlığından əziyyət çəkir. Bu isə onların fiziki və əqli inkişafına mane olur və inkişafdan qalma xroniki xəstəliklərə - raxitlik, mədə xəstəlikləri və ciyər çatışmazlığına gətirib çıxarır. Akondroplazi xəstəliyinə əvvəlki dövrlərə nisbətən indi daha çox rast gəlmək olur. Bu xəstəlikdən əziyyət çəkən insanlar inkişafdan qalmış bədən quruluşuna malikdir.
Sən demə, yer üzündə Liliputlar ölkəsi də varmış.Bu ölkə Çində yerləşir. Belə bir yerin yaradılması əraziyə turistlərin cəlb edilməsi məqsədi daşıyır. Bu ərazidə yaşayan insanlar turistlər üçün müxtəlif səpkili tamaşalar hazırlayır, turizmdən gələn gəlir hesabına öz yaşayışlarını təmin edirlər. Məhz buna görə də boyu liliputların ölçüsünə uyğun olan bir çox çinli yaşamaq və işləmək üçün bu ölkəni seçir.
Ən məşhur liliputlarını təqdim edirik:
Vern Troyer. 1969 -cu ildə anadan olub. Minimi adı ilə tanınır. "Ostin Pauers" filmində zalım həkim obrazını canlandırıb. Boyu 82 santimetrdir.
Xeqandra Tapa Maqar. 23 yaşı var. Boyu 65 santimetr, çəkisi 5.5 kiloqramdır.
Tonni Koks - 1958-ci ildə anadan olub. Aktyordur. "Pis Santa", "Ulduzların müharibəsi", "Mən və yenə mən və İren", "Uillou", "Çox epik kino" filmlərinə çəkilib. Amerikalı Liluputlar Asossasiyasınn üzvüdür. Boyu 1,07 metrdir.
Xe Pinpin - 1988 -ci ildə Çində anadan olub. 21 yaşında dünyasını dəyişib. Boyu 74.6 santimetr olub.
Klarens Çesterfild Xoverton - 1913-cü ildə Oreqon ştatında dünyaya gəlib. Boyu 66 santimetr olub.
Uorvik Devis - 1970-ci ildə Böyük Britaniyada anadan olub. Dünyanın ən tanınmış cırtdan aktyorlarından biridir. "Ulduzların müharibəsi", "Narnia salnamələri" "Harri Poter" və s. filmlərə çəkilib. Boyu 1,07 santimetrdir.
Vens Svift - 1916-cı ildə anadan olub. Amerikada ən balacaboy insan kimi tanınıb. Boyu 78 santimetr olub.
Devid Rappaport - 1951-ci ildə anadan olub, 39 yaşında dünyasını dəyişib. Boyu 1,19 santimetr olub.
Polin Masters - dünyanın ən yaşlı balacaboy insanı kimi Ginnesin rekordlar kitabına düşüb. Boyu 58 santimetr olan bu şəxs 1876-cı ildə dünyaya gəlib.
Rul van Velzen - Hollandiyalı musiqiçi olan bu liliput 1978-ci ildə anadan olub. Boyu 1 metr 49 santimetrdir.
Piter Dinkleydj - Amerikalı aktyor olan bu şəxs 1969-cu ildə Nyu-Cersi ştatında anadan olub. Boyu 1.35 santimetrdir.
Edvard Nino Ernandes - 29 yaşlı bu kolumbiyalı cırtdanın boyu 70 santimetr, çəkisi 10 kiloqramdır.
Yaya bin Yaya al Qxadera - Boyu 80 santimetr olan bu şəxs əslən yəmənlidir. Prezident seçkilərində namizədliyi irəli sürülsə də, boyu balaca olduğuna görə namizədliyi qeydə alınmayıb. Maraqlıdır ki, Yəmən qanunvericiliyində namizədlərə qarşı boyla bağlı senz yoxdur.
Qeyd edək ki, hər kəs bu şəxsləri liliput adlandırsa da, bu xəstəlikdən əziyyət çəkənlər özləri liliput kəlməsindən istifadə etmir. Onlar özlərini cəmiyyətin tam hüquqlu üzvü sayırlar.


OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR

MARAQLI
TƏQVİM
MƏZƏNNƏ
 Valyuta məzənnəsi