azia.az
azia.az

Mixək cinsi fəaliyyəti aktivləşdirir

4-01-2020, 17:26


Mixək cinsi fəaliyyəti aktivləşdirir

Mixək - mixək ağacının qurudulmuş qönçələridir. 10-15 metr hündürlüyündə hamargövdəli həmişəyaşıl ağac fantastik bir ətir saçır.
Mixək cinsi fəaliyyəti aktivləşdirir
Mixək təsərrüfatda da gərəkli olur. Əgər şəkərə qarışqalar daraşıbsa, bankadakı 1 kq şəkərin yanına 8 ədəd mixək qoyun. Mixək güvəyə qarşı da pis vasitə deyil. Qönçələrini cuna kisəyə yığaraq paltar dolabına qoyun. Əgər dayaz boşqaba bir neçə damcı mixək yağını damcıldadaraq masanın üzərinə qoysanız, həmin gün ağcaqanad görməyəcəksiniz.

Kulinariyada bu tünd ədviyyatı əsasən quş ətindən hazırlanmış yeməklərə, paştet, qoyun əti və kolbasaya əlavə edirlər. Mixək şoraba və sous, turşuya da qatılır.

Faydası

Mixək orqanizmə istilik verir, quruducu xüsusiyyətə malikdir. Xörəkdə və ya çayda mixəkdən istifadə etmək ürəyi, mədəni və daxili orqanları qüvvətləndirib, həzmi gücləndirir. Mixək beyin üçün faydalıdır. O, əhvalı yaxşılaşdırıb, ağızdan gələn pis qoxunun qarşısını alır. Mixək soyuqdəymədən yaranan bəlğəmli xəstəlikləri müalicə edir. Bir miqdar mixəyi döyəndən sonra südə qatıb, müntəzəm olaraq içmək cinsi fəaliyyəti gücləndirir. Burun axması və zökəm zamanı əmgəyə mixək sürtmək faydalıdır.

Orta yüzilliklərdə mixəklə baş və diş ağrılarını, bədən boşluqlarına su yığılmalarını, karlığı müalicə edirdilər. Mixək yağını vərəm, vəba, göbələk xəstəliklərinə qarşı da istifadə edirdilər. Qədim Çin təbabətində bu yağla dəri xəstəlikləri müalicə olunub. O, güclü antiseptik özəlliklərə malikdir, dəridəki səpkiləri götürür. Mixək müalicə yağlarına da əlavə edilir. O, görmə, bronxial astma, ürək döyüntüsü zamanı faydalıdır, bezdirici əhvalı, vahiməni sakitləşdirir, ruhu gümrahlaşdırır.

Rusların qədim "Evtikmə" kitabında deyilir: "Əgər belə yağın 2-3 damcısını suya qatsan, əllərə xoş rayihə və sifətə gözəllik verir. Əgər ondan azacıq arağa qatsan və acqarına içsən, o zaman həm qırtlağı, həm də sinəni bəlğəmdən təmizləyir və boğazı yumşaldır, həm də əhvalı yaxşılaşdıraraq iştah gətirir".

Qədimlərdə başağrısından mixək sirkəsi ilə can qurtarırdılar. Bunun üçün 2 xörək qaşığı tünd sirkəni (essensiyanı yox!) 1 çay qaşığı mixək qönçəsinə qataraq onu tixacla bərk bağlanmış flakonda isti yerdə bir həftə saxlamaq lazımdır. Başağrısı zamanı gün ərzində mixəyin iyini bir neçə dəfə ciyərlərə çəkmək gərəkdir.

Üzünüzə yara, çivzə çıxanda mixəyin efir yağının 20 damcısını 100 ml distillə edilmiş suya qatın, həmin məhlulla hər gün üzünüzü silin.

Bu möcüzəli ədviyyatı dişlərin lap Çinsayağı ağardılması üçün istifadə etmək olar. Bunun üçün mixək və sarı acıçiçəyin hərəsindən 0,3 q götürərək üyüdərək dişlərinizi 3 gün ərzində bu tozla yuyun.

Bağırsaqlarda qurd olanda möhkəm tündlüyü olan mixək çayı dəmləyin, gündə bir dəfə yeməyə 20 dəqiqə qalmış üstündən su içməklə ondan bir çay qaşığı için.

Soyuqlama və öskürək zamanı limon şirəsini suda həll etmək, ona 3 mixək qönçəsi və bir az da bal qatmaq lazımdır.


OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR

MARAQLI
TƏQVİM
MƏZƏNNƏ
 Valyuta məzənnəsi