azia.az
azia.az

Gecənin bir vaxtı dişinizmi ağrımağa başladı?- Ən sadə üsullar

27-11-2018, 08:03

Gecənin bir vaxtı dişinizmi ağrımağa başladı?- Ən sadə üsullar


Ataların belə bir misalı var, dişin ağrıyır çək qurtar, qonşun pisdir köç qurtar. Pis qonşunun əzablarına dözmək mümkün olsa da, diş ağrısına dözmək olmur. Nə də hər ağrıyan dişi çəkdirmək olmur.
Ağız və diş sağlamlığı gənc yaşlı, qadın, kişi hamımızı maraqlandıran mühüm məsələdir. Hamımız həyatımızın bir dövründə diş ağrısı ilə üzləşmək məcburiyyətində qalmışıq. Diş ağrısının ən əsas səbəbi; Dişlərimizdə çürük yaranmasıdır.Elə isə diş ağrısı zamanı nələr etmək olar bir nəzər salaq.

Evdə şiddətli diş ağrısı üçün bəzi ağrı azaldan metodlar var. Ağrıyan dişləriniz arasında olan artıqları təmizləmək üçün düzgün şəkildə yumaqla işə başlamalısınız. Daha sonra ilıq duzlu su ilə qarqara ağzınızı dezinfeksiya etməyinizi təmin edəcəkdir. Evdə diş ağrısı üçün qətiyyən ağrıyan dişinizin üzərinə aspirin bənzəri ağrı kəsici dərmanlar qoymayın.
Əgər dişləriniz iltihaplanmışsa, dişləyərkən ağrı da daha artacaq. Bu vəziyyətdə qətiliklə antibiotik müalicəsinə başlanmalıdır. Bəzən isə sinusit və sinir uclarındakı ağrılar da diş ağrısı kimi gələ bilər. Evdə diş ağrısına yaxşı gələn aşağıdakı metodları də istifadə edə bilirsiniz.
Gecənin bir vaxtı, səfərdə, dərs çalışarkən, dostlarla etdiyiniz bir səfərdə dişinizmi ağrımağa başladı? Həkimə getmək şansınızın da dərhal olmadığını düşünək. Şiddətli diş ağrısını necə keçir, evdə diş ağrısı necə keçirilir, diş ağrısı ilə başa çıxma yolları və diş ağrısı ilə əlaqədar əməli təklifləri sizlər üçün topladıq. Təbii ki, ən qısa zamanda ekspert bir diş həkiminə müraciət etməyiniz şərtilə.
Diş ağrısı çəkənlər üçün ağrı yüngülləşdirəcək, diş ağrısı üçün təbii üsullar və diş ağrısını bir müddət keçirəcək alternativ bir neçə üsuldan bəhs edəcəyik sizlərə.
İlk olaraq dişlərinizi təmizləyin, bütün ağzınızı təmizləməklə işə başlayın. Çox duzlu və az sirkəli su istifadə edərək dişlərinizi qarqara edərək tez-tez çalxalayın. Duzlu su ağzınızın təmiz qalmasını təmin etməyə yardımçı olacaqdır.
Gecənin bir vaxtı dişinizmi ağrımağa başladı?- Ən sadə üsullar
Soğan suyu ilə qarqara etməkdə fayda vardır. Çiy soğan suyu ağrıyan bölgədəki bakteriyaları öldürərək fayda verəcəkdir. Əzilmiş sarımsağı ağrıyan dişin üzrəinə qoymaq da bakteriyaların düşməni olacaqdır.
Gecənin bir vaxtı dişinizmi ağrımağa başladı?- Ən sadə üsullar
Mixək toxumunu ağrıyan dişinizin üzərindəbir müddət saxlayaraq, ağrı hiss etməyəcəksiz.
Mixək yağını götürüb, bir balaca pambığın üzərinə qərənfil yağını tökün və ağrıyan dişinizə sürtün. Bir müddət sonra mixək yağının diş ağrınızı keçirdiyini görəcəksiniz.
Hər birinizə sağlam dişlər və gözəl gülüşlər arzusuyla
Vüsalə Qələndərli
azia.az


OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR

MARAQLI
TƏQVİM
MƏZƏNNƏ
 Valyuta məzənnəsi