Mixəyin inanılmaz 10 faydası - Küncüt yağı əlavə edib qaynadın və...
Mixək ədviyyat və dərman vasitəsi kimi geniş istifadə olunur. Özünəməxsus qoxusu olan bitki olduqca faydalıdır. Mixəyin qönçələri qurdqovucu xüsusiyyətə malikdir. Çayda mixəyin istifadə olunması isə həzm sistemini yaxşıladırır.
Medicina.az oxucuları üçün mövzu ilə bağlı faydalı məlumatları təqdim edir:
Mixək xərçəngə qarşı mübarizə aparır, qaraciyəri qoruyur, immun sistemini gücləndirir. Şəkər xəstəliyini balansda saxlayır, sümükdə qoruma xüsusiyyəti daşıyır.
Mixəyin faydaları
1- Daha yaxşı həzm
Mixək, həzm fermentlərini stimullaşdırır və həzmini artırır, şişkinliyi, mədə problemlərini və mədə bulantısını azaldır. Həzm sistemini yaxşılaşdırmaq üçün, mixək qönçələri əvvəlcə qovrulur, daha sonra toz halına gətirilir. Dadı narahat etsə bal qarışdırıb elə qəbul edə bilərsiniz.
2- Antibakterial xüsusiyyətlər
Mixək insan orqanizmində bakteriyaları məhv edir. Mixək güclü antiseptik təsirə malikdir. Qədim Çin təbabətində mixək yağı ilə dəri xəstəliklərini müalicə ediblər. Mixək orqanizmə antiseptik, ağrıkəsici, tonuslandırıcı, sakitləşdirici, virus əleyhinə, spazmolitik , göbələk əleyhinə təsirlidir.
3- Xərçəngə qarşı mübarizə
Uzun illər aparılan araşdırmalardan məlum olub ki, mixək xüsusi ilə ağ ciyər xərçənginin ilkin mərhələsində ən yaxşı müalicə üsuludur.
4- Qaraciyəri qoruyur
Mixək xüsusilə qaraciyərin zərərli təsirlərə qarşı təsirlidir.
5- Diabetə nəzarət edir
Diyabet xəstəsində orqanizmdə istehsal olunan insulinin miqdarı ya qeyri-kafi və ya ümumiyyətlə istehsal olunmur. Tədqiqatlar göstərir ki, mixəyin ekstraktı qlükoza səviyyələrini nəzarətdə saxlayır.
6- Sümüyü qoruyur
Mixəkdə olan maddələr sümük yorğunluğunu aradan qaldırır. Sümükdəki mineralları balansda saxlayır.
7- İmmun sistemini artırır
Mixək immun sistemini qorunmasında olduqca təsirlidir. Çayı ağ qan hüceyrələrinin sayını artırır. Ruh düşkünlüyü zamanı istifadə etməkdə fayda var.
8- Ağrıları azaldır.
Mixək ağrıkəsici xüsusiyyətinə malikdir. Əhval-ruhiyyəni yaxşılaşdırır. Aybaşı problemlərinin normallaşmasına səbəb olur. Bağırsaq qurdlarının tökür. Qulaq ağrısı zamanı mixək dəmlənmiş suyu qulağa tökdükdə ağrını kəsir. Bu zaman 5 ədəd mixəyin üzərinə küncüt yağı əlavə edib qaynatmaq və gündə 3 dəfə qulağa damızdırmaq kifayət edir.
9- Ağız xəstəlikləri müalicəsi
Mixək qönçəsi bir neçə ağız xəstəliklərinə qarşı qoruyucu rolu oynayır. Diş ağrısı və damaq boşluğuna müsbət təsir edir. Ağız qoxusunu aradan qaldırır. Mixək çayı soyuqlama xəstəlikləri zamanı əmələ gələn bəlğəmin xaric olmasını sürtələndirir.
10- Baş ağrısı üçün müalicə
Baş qağrısından xilas olmaq üçün mixək dəmləməsi yaxşı təsir edir. Bir stəkan südün içərisinə iki dənə mixək qönçəsi əlavə edin. Bir çimdik duz əlavə edib qarışdırın. Bu formada istifadə olunan qarışıq baş ağrısının qarşısını alan ən yaxşı vasitələrdən biridir. Süd mixək qarışığı həmçinin cinsi həvəsi artırır.
Artıq piylərdən xilas olmaq üçün mütəmadi olaraq mixək çayı içmək lazımdır. Onun faydaları ilə yanaşı zərərləri də var. Həddindən çox istifadə edildikdə alergik təsirlər də yarada bilir. Bunun üçün də mixəkdən davamlı istifadə etməzdən əvvəl alergik xüsusiyyətinizin olub-olmadığınızı yoxlamaqda fayda var.
Ayna