Azia.az xəbər verir ki,Valideynlərinin sözlərinə görə,Ötən şənbə günü, dekabrın 8-də, Rusiyanın İrkutsk şəhərində faciəvi hadisə baş verib.
Pankration (döyüş növü) üzrə qızlar arasında ölkə çempionu, Rusiya milli komandasının üzvü İrina Rıbnikova evin hamam otağında vannada çimdiyi vaxt dünyasını dəyişib.
Valideynlərinin sözlərinə görə, qız hamama yollanarkən telefonunu özü ilə götürüb və orada cihazı elektrik cərəyanına qoşaraq akkumulyatorunu doldurmağa qərar verib. Lakin qəflətən telefon vannadakı suya düşüb və 15 yaşlı idmançı elektrik cərəyanı vurmasından həlak olub.
Bildirildiyinə görə, hadisə baş verən vaxt evdə heç kim olmayıb. Qapının uzun müddət açılmadığını görən valideynlər xilasedicilərə müraciət ediblər və mənzilə daxil ola bildikdən sonra faciəvi səhnənin şahidi olublar.