Bakıda fəhlə elektrik cərəyanı vurması nəticəsində ölüb.
“Report”un xəbərinə görə, hadisə paytaxtın Sabunçu rayonu, Məhəmmədi qəsəbəsində qeydə alınıb.
Həmin qəsəbədə yarımtikililərdən birində fəhlə çalışan Bakı şəhər sakini 1993-cü il təvəllüdlü Vüsal Əliyevi elektrik cərəyanı vurub. O, hadisə yerində dünyasını dəyişib.