azia.az
azia.az

Tələbə qız faciəvi şəkildə öldü - AZƏRBAYCANDA

28-02-2016, 14:41

Tələbə qız faciəvi şəkildə öldü - AZƏRBAYCANDA İsmayıllı rayon sakini Şamaxıda kirayədə yaşadığı evdə dəm qazından boğularaq ölüb.

APA-nın yerli bürosunun xəbərinə görə, hadisə fevralın 28-i səhər saatlarında Şamaxı şəhərinin H. Aslanov küçəsindəki 18 saylı evdə qeydə alınıb.
İsmayıllı rayonu Qubaxəlilli kənd sakini, 1994-cü il təvəllüdlü Mikayılova Aygün Yunis qızı hamamda kustar üsulla quraşdırılan su qızdırıcısının nasazlığı səbəbindən dəm qazından boğularaq ölüb.
22 yaşlı qızın meyiti müayinə üçün Respublika Məhkəmə Tibbi Ekspertiza və Patoloji Anatomiya Birliyinin Şamaxı rayon şöbəsinə aparılıb. Hazırda hüquq-mühafizə orqanlarının əməkdaşları hadisə yerindədir.
Qeyd edək ki, Aygün Mikayılova Şamaxı Dövlət Humanitar Kollecinin ikinci kurs tələbəsi olub.
Faktla bağlı Şamaxı rayon Prokurorluğu tərəfindən araşdırma aparılır.


OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR

MARAQLI
TƏQVİM
MƏZƏNNƏ
 Valyuta məzənnəsi