Azia.Az xəbər verir ki, ABŞ və Çinin “ticarət müharibəsini” təxirə salmaları ilə əlaqədar bəyanatlarından sonra neft bahalaşmağa başlayıb.
“Brent” nefti 4,8% bahalaşaraq, 62,30 dollara, ABŞ xam nefti olan “White” isə 53,56 dollara satılır.
Qeyd edək ki, ötən həftə “Brent” neftinin qiyməti 58 dollar, ABŞ neftinin qiyməti isə 49 dollara düşmüşdü.
Məlumat üçün bildirək ki, Çin və Birləşmiş Ştatlar ən azı 90 gün ərzində bir-birinə əlavə ticarət tarifləri tətbiq etməyəcəklərini bəyan ediblər. Bu isə neft alıcılarını aktivləşdirib və nəticədə, neftin qiyməti artıb.